Parlamentdə hakim çoxluğun təşəbbüsü ilə iki – bir-birindən asılı olmayan Konstitusiya təşəbbüsü qeydiyyatdan keçiriləcək. Qüvvədə olan Konstitusiyada “LGBT təbliğata qarşı” dəyişikliklər layihəsi, eləcə də “Ailə dəyərləri və azyaşlıların müdafiəsi haqqında” qanun layihəsi təqdim olunacaq. 

 

Dəyişikliklər ümumtəhsil müəssisələrinə də aiddir.

 

Planlaşdırılmış dəyişikliklərə görə, Konstitusiyanın 30-cü maddəsi korrektə ediləcək. Maddə nikah, ana və uşaq hüquqlarına aiddir. Qeyd olunan maddəyə aşağıdakı məzmunda yeni bənd əlavə olunur: “Ailə dəyərləri və azyaşlıların müdafiəsi Gürcüstan Konstitusiyası ilə təmin olunub və bu, Gürcüstan Konstitusiyasının ayrılmaz hissəsidir”.

 

“Ailə dəyərləri və azyaşlıların müdafiəsi haqqında” Konstitusiya qanun layihəsi 8 bənddən ibarətdir və bir sıra qadağaların tətbiq olunmasını nəzərdə tutur.

 

Konstitusiya qanun layihəsi ilə hakim komanda sonrakı məhdudiyyət və qadağaların qəbul edilməsini planlaşdırır:

 

1. Qanunvericiliyə əsasən, yalnız ən azı 18 yaşı olan bir genetik kişi ilə bir genetik qadının nikaha oxşar münasibəti tənzimlənə bilər.

 

2. Azyaşlının övladlığa götürülməsi və ya himayəyə alınması yalnız Gürcüstan Konstitusiyası və qanunvericiliyinə uyğun olaraq nikahda olan cütlüklər, heteroseksual şəxs tərəfindən mümkündür.

 

3. İnsanın cinsiyyətinin dəyişdirilməsi ilə əlaqədar istənilən tibbi müdaxilə qadağandır.

 

4. Dövlətin və yerli özünüidarə orqanının verdiyi sənədlərdə yalnız genetik göstəricilərə uyğun olaraq qadın və ya kişi cinsi qeyd olunacaq.

 

5. Hakimiyyətin və ya fərdin cinsi əlamətlə müəyyən edilmiş anlayışlardan istifadə etməsini birbaşa və ya dolayı formada məhdudlaşdıran istənilən qərarı etibarsızdır.

 

6. Eynicinslilərin ailə və ya intim münasibətləri, insest, eynicinsli cütlüklərin və ya qeyri-heteroseksual şəxs tərəfindən azyaşlının övladlığa götürülməsi, himayəyə alınması, cinsiyyətin dəyişdirilməsi ilə əlaqədar tibbi müdaxilə, yaxud cinsi əlamətlə müəyyən edilmiş anlayışların istifadə olunmamasının populyarlaşdırılmasına yönəlmiş toplantılar qadağandır.

 

7. Eynicinslilərin ailə və ya intim münasibətləri, insest, eynicinsli cütlüklərin və ya qeyri-heteroseksual şəxs tərəfindən azyaşlının övladlığa götürülməsi, himayəyə alınması, cinsiyyətin dəyişdirilməsi ilə əlaqədar tibbi müdaxilə, yaxud cinsi əlamətlə müəyyən edilmiş anlayışların isifadə olunmamasının populyarlaşdırılmasına yönəlmiş məzmunda proqramın, digər materialların yayımlanması qadağandır.

 

8. İctimai və ya özəl təhsil müəssisəsinin təhsil prosesində eynicinslilərin ailə və ya intim münasibətləri, insest, eynicinsli cütlüklərin və ya qeyri-heteroseksual şəxs tərəfindən azyaşlının övladlığa götürülməsi, himayəyə alınması, cinsiyyətin dəyişdirilməsi ilə əlaqədar tibbi müdaxilə, yaxud cinsi əlamətlə müəyyən edilmiş anlayışların isifadə olunmamasının populyarlaşdırılmasına yönəlmiş məlumatların çatdırılması qadağandır.

 

Parlament çoxluğunun lideri Mamuka Mdinaradze martın 26-da baş tutan mətbuat konfransında bildirib ki, Konstitusiyada planlaşdırılan dəyişikliklərdən və Konstitusiya qanun layihələrindən irəli gələrək, yaxın gələcəkdə Parlamentdə bir neçə qanunda dəyişiklik layihəsi təşəbbüs olaraq irəli sürüləcək.

Mənbə: etaloni.ge