Təhsil Koalisiyasının təşəbbüsü ilə həyata keçirilən Milli Müəllim Mükafatı müsabiqəsi çərçivəsində ən yaxşı onluq müəyyən olunub. Onlardan biri 5 oktyabr Beynəlxalq Müəllimlər Günü Milli Müəllim Mükafatının sahibi olacaq. Bundan əlavə, qalibə kampaniyanın baş sponsoru – Qudavadze-Patarkatsişvili Fondu tərəfindən 15000 lari pul mükafatı veriləcək. Onluğun qalan üzvlərini isə “Liberty” Bank mükafatlandıracaq.
2023-cü ilin ən yaxşı on müəllimi bunlardır:
• Kamran Əfəndiyev – Marneuli bələdiyyəsinin Mollaoğlu və Tsopi kənd ictimai məktəbinin gürcü dili ikinci dil kimi fənni üzrə müəllim;
• Nana Qoqatişvili – Tbilisi Qoqita Kiknadze adına 182 saylı ictimai məktəbin mən və cəmiyyət, vətəndaşlıq və vətəndaş təhsili fənləri üzrə müəllim;
• İna İmedaşvili – Tbilisi “UG” məktəbinin ibtidai sinif, gürcü dili və ədəbiyyat müəllimi;
• Marine Kvaratsxelia – Tsalençixa bələdiyyəsinin akademik Eqnate Pipia adına Çkvaleri icmasının ictimai məktəbinin gürcü dili və ədəbiyyat müəllimi;
• Manuşak Mkrtçyan – Ninotsminda bələdiyyəsinin Rodionovka kənd ictimai məktəbinin gürcü dili ikinci dil kimi fənni üzrə müəllim;
• Nino Niparişvili – Kaspi bələdiyyəsinin Besik Niparişvili məktəb – gimnaziyasının mən və cəmiyyət, vətəndaşlıq və vətəndaş təhsili fənləri üzrə müəllim;
• Nino Psuturi – Qori 8 saylı ictimai məktəbin biologiya müəllimi;
• Tamar Tsanava – Tbilisi Kakutsa Çoloğaşvili adına 178 saylı ictimai məktəbin ingilis dili müəllimi;
• Lela Tsurtsumia – Qori 12 saylı ictimai məktəbin vətəndaş təhsili, vətəndaşlıq və tarix fənləri üzrə müəllim;
• Nestan Xorxomelidze – Duşeti bələdiyyəsinin Şuapxo kənd ictimai məktəbinin coğrafiya müəllimi.
Xatırladaq ki, Milli Müəllim Mükafatı Təhsil Koalisiyasının, Gürcüstanın Təhsil və Elm Nazirliyinin, Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzin arasında bağlanmış memorandum əsasında 2017-ci ilin 13 mayında təsis edilib. Qeyd olunan təşəbbüs Gürcüstanda artıq 6-cı dəfədir həyata keçirilir. Mükafat müəllimlərin populyarlaşdırılmasına istiqamətlənmiş qlobal kampaniya – “The Global Teacher Prize”ın bir hissəsidir.
Müsabiqənin baş sponsoru Qudavadze-Patarkatsişvili Fondudur. Qızıl sponsoru isə “Liberty” Bank və İlia Dövlət Universitetidir. Sponsorlar: “EPAM Georgia”, Konsultasiya və Treninq Mərkəzi (ctc) və Alte Universiteti, mükafatın dəstəkçiləri isə Təhsil və Elm Nazirliyi, Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəz, Birinci Kanal/Teleməktəb və “Maverik” Rəqəmsal-Kreativ Agentliyidir.
Mənbə: edu.aris.ge