Gürcüstanın Xalq Müdafiəçisi 2024-cü ilin aprelində Gürcüstanda insan hüquq və azadlıqları müdafiəsinin vəziyyəti haqqında illik hesabat yayımlayıb. 2023-cü illə bağlı hazırlanmış 386 səhifəlik hesabatda Gürcüstan Konstitusiyası ilə zəmanət verilmiş insan hüquqlarının müdafiəsi istiqamətində olan çatışmazlıqlar, tərəqqi və müvafiq qurumlara bir çox tövsiyələr yer alıb.
Xalq Müdafiəçisi hesabatda Gürcüstanda qeyri-gürcüdilli məktəb müəllimləri qarşısında duran sistematik problemlərə diqqət yetirir və yazır ki, təhsil sistemində aparılan islahatlar etnik azlıqların qarşısında duran problemlərə uyğun şəkildə cavab vermir. Nəticədə isə qeyri-gürcüdilli məktəblər/sektorlar yenidən bir sıra problem qarşısında qalırlar.
Ombudsman aktual problemlərdən biri kimi müəllimlərin “Müəllimin peşə inkişafı və karyerada irəliləmə sxemi” çərçivəsində baş, aparıcı, mentor müəllim statusunu qazanmağın çətinliyini qeyd edir.
“Bu məsələ kompleks xarakter daşıyır və bu kimi bir çox səbəblərdən yaranıb: dövlət dilini bilmək səviyyəsinin aşağı olması, yaşlı nəslin dili öyrənmək çətinliyi və onların fərdi ehtiyaclarına uyğun metodların, həvəsləndirici fəallıqların az olması, yaşlı nəsil nümayəndələrində gürcü dilini öyrənməyə motivasiyanın aşağı olması, dövlət dilini tədris edən proqramların kifayət etməyən coğrafi arealı və s. Bundan əlavə, diqqətə çatdırılmalıdır ki, qeyri-gürcüdilli məktəb/sektor müəllimlərinə peşə kompetensiyasını təsdiqləmək və karyera inkişafı imkanı gec verildi. Bu həmin məktəb/sektor müəllimlərini gürcüdilli məktəb müəllimləri ilə müqayisədə qeyri-bərabər vəziyyətə salır” – hesabatda deyilir.
Xalq Müdafiəçisi Təhsil, Elm və Gənclər Nazirliyini spesifik ehtiyacların aşkarlanması məqsədilə peşə inkişafı sxemini müzakirə etməyə, müvafiq qurumla əməkdaşlıq edərək vaxtında, effektiv şəkildə qeyri-gürcüdilli məktəblərin/sektorların müəllimləri üçün status dəyişmək imkanını təmin edəcək aktivliklər planlaşdırmağa çağırıb. Eləcə də etnik azlıqların sıx məskunlaşdığı bütün ərazi vahidliklərində dövlət dili tədris proqramının populyarlaşdırılması məqsədilə proqramın həyata keçirilmə coğrafi arealını genişəndirməyi, etnik azlıq nümayəndəsi olan yaşlı nəslin ehtiyaclarına uyğunlaşdırılmış təhsil komponentləri tətbiq etməyi tövsiyə edib.
Mənbə: edu.aris.ge