Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin məlumatına görə, peşə təhsili proqramlarına qeydiyyat 2024-cü ilin 22 aprel tarixindən başlayıb və 16 may tarixinə qədər davam edəcək.

 

Qeydiyyat onlayn qaydada “vet.emis.ge” veb-səhifəsində, həmçinin Gürcüstan miqyasında fəaliyyət göstərən peşə təhsili proqramlarını həyata keçirən müəssisələrdə mümkündür.

 

Gürcüstan miqyasında ictimai və özəl peşə təhsili müəssisələri tələbələri müxtəlif peşə təhsili proqramları üzrə qəbul edəcəklər.

 

Qeyd edək ki, peşə təhsili proqramlarına qəbul üçün qüvvədə olan qayda peşə təhsili əlçatanlığının artırılmasını və bütün maraqlanan şəxslərin peşə təhsilinə qoşulmasını təmin edir. Eləcə də peşə təhsili proqramlarında təhsilini davam etdirmək istəyi olanların fərdi ehtiyaclarını nəzərə alır.

 

2024-cü ildə inteqrasiya edilmiş proqramlara da qəbul elan olunub. Bu, baza təhsili olan şəxslərə peşə təhsili ilə yanaşı tam ümumi təhsil almaq imkanı verir. Qeyd olunan proqramların başa çatması nəticəsində peşə diplomu veriləcək və həmin diplom tam ümumi təhsil attestatına bərabərdir, lazım gəldiyi halda isə ali təhsil pilləsində təhsili davam etdirmək imkanı yaradır.

 

Eləcə də ikili yanaşma ilə həyata keçirilən proqramlara qeydiyyat aparılır. İkili yanaşma təhsil müəssisəsi və şirkət arasında cavabdehliyin bölünməsini nəzərdə tutur. Proqramla nəzərdə tutulmuş təhsil nəticələrinin 50 % və daha artığına real iş mühitində – şirkətdə nail olunur.

 

2024-cü ildə təklif olunan peşə təhsili müəssisələrinin, proqramların tam siyahısına, qeydiyyat təlimatına “vet.emis.ge” portalında baxa bilərsiniz.

 

Peşə proqramları ilə əlaqədar məsləhət almaq üçün (+995 32) 2200 220 nömrəsi ilə və ya info@emis.ge imeyli ilə əlaqə saxlaya bilərsiniz.