Hökumət Gürcüstan vətəndaşlarının kommunal xərclərini ikinci mərhələdə – noyabr, dekbar, yanvar fevral aylarında da ödəyəcək.

Kommunal vergilərlə bağlı güzəşt proqramı eyni prinsiplə həyata keçiriləcək – 200 kilovat elektrik enerjisi200 kubmetr qazdan istifadə edildiyi halda ödənişi hökumət edəcək. Maddi vəziyyəti yaxşı olanlar istədikləri halda bu yardımdan imtina edə biləcəklər.

Paytaxtda elektrik enerjisinin 1 kilovatın (əlavə dəyər vergisi də daxil olmaqla) dəyəri 101 kilovatdan 301 kilovata qədər 18.5555 tetridir. Bu o deməkdir ki, ay ərzində elektrik enerjisinə maksimum 37 lari ödəyən vətəndaşlar güzəştdən yararlana biləcəklər.

Təbii qaza gəldikdə isə, “Tbilisi Energy”nin ayda qaza maksimum 92 lari ödəyən abonentlərinin qaz pulu hökümət tərəfindən ödəniləcək.

Bölgələrdə isə “EnergoPro Georgia” abonentlərinin aylıq işıq pulu 36 lari olan halda hökumət tərəfindən ödəniləcək. “Socar Gas”ın abonentləri ay ərzində təbii qaz vergisi maksimum 113-114 lari təşkil edən halda güzəştdən yararlana biləcəklər.

Xatırladaq ki, hökumətin qərarına əsasən, 200 kilovatdan az elektrik enerjisi və 200 kubmetrdən az təbii qazdan istifadə edən vətəndaşların mart, aprel və may aylarında kommunal xərcləri tam ödənildi. Əhalinin kommunal xərclərinin subsidləşdirilməsi üçün 170 milyon laridən artıq pul xərcləndi. Üç ay ərzində 9600 vətəndaş bu yardımdan imtina etdi.

Mənbə: bpn.ge