Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin rəhbəri Sopio Qorqodze vəzifəsindən istefa edəcəyi haqqında mərkəzin rəsmi səhifəsində məlumat yayımlayıb. O, bu barədə bir neçə ay əvvəl qərar qəbul etdiyini bildirib.
S.Qorqodze fəaliyyətinə harada davam edəcəyini qeyd etməyib. Ancaq bildirib ki, təhsil sahəsində işləyəcək. Onun yerinə kimin təyin olunacağı da hələ ki, məlum deyil.
“Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzdə fəaliyyətimdən artıq 5 il ötür. Bu qeyri-adi təcrübədir və həyatımda çox maraqlı dövrdür. İndiki mərhələdə qərar qəbul etdim ki, 1 yanvardan şəxsi ərizəm əsasında Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin dirkektoru vəzifəsini tərk edim.
Bildirmək istəyirəm ki, bu qərarı bir neçə ay əvvəl qəbul etmişdim və bunun mərkəzin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
Mərkəzin hər bir əməkdaşına məhsuldar və uğurlu fəaliyyət üçün minnətdarlığımı bildirmək istəyirəm. Nazir və nazir müavinlərinə mənim fəaliyyətimdə maksimum dəstək göstərdiklərinə görə minnətdaram.
Həmişə Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin böyük azarkeşi olacam. Kiçik fasilədən sonra yenidən təhsil sahəsində fəaliyyətimi davam etdirəcəm”, – deyə Sopio Qorqadze bildirib.
Qeyd edək ki, qeyri-rəsmi məlumata əsasən, Sopio Qorqadze vəzifəsindən azad edilib. Səbəb isə Beynəlxalq Tələbə Qiymətləndirməsi Proqramı – PISA 2022-nin nəticələrinin saxtalaşdırılmasından imtina etməsidir.
Mənbə: etaloni.ge