Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyində kadr dəyişikliyi həyata keçirilib. Tamar Memanişvili nazirliyə tabe olan Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzə yeni rəhbər təyin olunub.

 

Təhsil, Elm və Gənclər Nazirliyinin məlumatına görə, mərkəzin yeni rəhbərini əməkdaşlara Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze və onun birinci müavini Levan Qirsiaşvili təqdim edib.

 

G.Mikanadze Tamar Memanişvilini vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzu edib.

 

Tamar Memanişvili 1981-ci ilin 8 noyabrında anadan olub. 1999-2004-cü illərdə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, magistraturaya bərabər akademik dərəcəsi var. 2024-cü ildən İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Sosial və siyasi elmlər fakültəsinin doktorantıdır.

 

Digər təhsil fəaliyyətləri:

 

2023 – tədris kursu – İnsan resurslarının idarə edilməsi, təşkilati inkişaf, strategiyanın işlənməsi və həyata keçirilməsi (Berlin, Hert məktəbi);

 

2023 – tədris kursu – Strategiyanın hazırlanması və yerinə yetirilməsi (Berlin, Hert məktəbi);

 

2023 – tədris kursu – Strateji planlaşdırma və yerinə yetirmənin qiymətləndirilməsi;

 

2022 – tədris kursu – Liderlik və idarəetmə (Berlin, Hert məktəbi);

 

2019-2021 – pedaqoji fəaliyyət – “Mermisi” İctimai Kolleci (Modullar – normativ aktlardan istifadə; vətəndaş təhsili; ofis görüşləri və tədbirlərin planlaşdırılması);

 

2018 – tədris kursu – Polis qurumlarında insan resurslarının idarəedilməsi (Düsseldorf);

 

2017 – təlim – İnsan resurslarının idarə edilməsi və inkişaf siyasəti;

 

2017 – təlim – Keyfiyyətin idarə sisteminin tətbiq edilməsi;

 

2016 – tədris kursu – Strateji idarəetmə, insan resurslarının idarə edilməsi və təlim (Düsseldorf).

 

İş təcrübəsi:

 

16.01.2026 tarixindən – Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin direktoru;

 

07.07.2025-15.01.2026 – Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin departament rəhbəri;

 

03.09.2018-07.07.2025 – Gürcüstan Parlamentinin İnsan Resursları və İnstitusional İnkişaf Departamentinin Təhlil və İnstitusional İnkişaf Şöbəsinin müdiri;

 

01.10.2016-03.09.2018 – Gürcüstan Daxili İşlər Nazirliyinin Akademiyasının İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinin müdiri;

 

01.01.2009-01.10.2016 – Təhsil və Elmi İnfrastruktur İnkişafı Agentliyinin Hüquq Xidmətinin vəkili;

 

01.03.2014-01.11.2016 – “Mermisi” Dövlət Kollecinin vəkili;

 

01.10.2012-01.05.2013 – “Qldani Peşə Təlimi Mərkəzi” Dövlət Kollecinin hüquqşünası;

 

01.09.2012-01.12.2012 – “Qantiadi” Peşə Kollecinin alqı-satqı meneceri, hüquqşünası;

 

01.03.2011-01.07.2012 – “Professional” Peşə Kollecinin hüquqşünası;

 

01.06.2009-01.09.2009 – “Daimi fəaliyyət göstərən Arbitraj” MMC-nin dəvət olunmuş arbitri;

 

01.02.2008-31.12.2008 – “İrmis Naxtomi” Fondunun hüquqşünası;

 

01.11.2006-01.03. 2008 – “Mülki işlər üzrə daimi fəaliyyət göstərən arbitraj” MMC-nin iclas katibi, arbitri;

 

Xatırladaq ki, 2024-cü ildən Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin direktoru vəzifəsini Nino Tsereteli tutub.

 

Mənbə: edu.aris.ge