İyulun 1-dən müəllimlərin əməkhaqqı yeni maaş sisteminə keçir. Tam qrafiklə işləyən müəllimlərin 70 %-nin əməkhaqqı təxminən 500 lari artırılacaq. Bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvarinin parlamentə təqdim olunumuş hesabatında deyilir.

 

“Yeni əməkhaqqı sistemi ilə bütün müəllimərin əməkhaqqı artırılacaq, təbii ki, dərs saatları çox olan müəllimlərin əməkhaqqı çox artırılacaq və tam qrafiklə işləyən müəllimlərin 70 %-nin əməkhaqqı təxminən 500 lari artırılacaq.

 

Yeni əməkhaqqı sisteminin əsas prinsipi keyfiyyətli təhsilin təmin edilməsi üçün ədalətli, şəffaf əməkhaqqı sistemi yaratmaqdır.

 

Keyfiyyətli təhsilin təmin edilməsi məqsədilə, təbii ki, sistem dəstək mexanizmləri hazırlayacaq ki, müəllimlər peşə və karyera inkişafına nail ola bilsinlər”, – nazirin hesabatında qeyd olunub.

 

Mənbə: etaloni.ge