Çox güman ki, son günlərdə Qərbdə baş verənlər, yaşanan qalmaqallar, Epşteyn sənədləri haqqında eşitməyən, bu haqda danışmayan qalmadı. Bu məsələ haqqında mən də öz fikirlərimi bölüşmək istədim. Ancaq gəlin ilk əvvəl keçmişə nəzər salıb bir az Epşteynin kim olduğuna baxaq.

 

Cefri Epşteyn 1953-cü ildə ABŞ-də dünyaya gəlir. O, bir müddət müəllimlikdən sonra maliyyə sektoruna keçir. Qısa müddətdə varlanır və mənşəyi tam aydın olmayan böyük sərvət toplayır. Beləcə, ABŞ-nin elit təbəqələrinə daxil olur. Nüfuzlu siyasətçilər, bir sıra məşhurlar və iş adamları ilə əlaqələr qurur. 1988-ci ildə Karib dənizində bir adanı satın alır və həmin adaya öz adını verir – Epşteyn adası. Tez-tez öz dostlarını, siyasətçiləri, məşhurları, qısası, nüfuzlu şəxsləri adasına dəvət edərək qonaqlıqlar təşkil edir.

 

2005-ci ildə Epşteyn 14 yaşlı bir qızı cinsi istismar etdiyini ittiham edən valideynlər tərəfindən şikayət edilir. Bu, polisin onun əleyhinə araşdırma başlatmasına səbəb olan ilk rəsmi şikayət idi. Aparılan araşdırmalardan sonra məlum olur ki, Epşteyn onlarla başqa yetkinlik yaşına çatmamış qızları da cinsi istismara məruz qoyub. Bütün bunlar daha geniş bir istintaqa təkan verdi. İstintaq zamanı ortaya çıxır ki, Epşteyn qızları masaj və digər xidmətlər üçün pulla cəlb edirmiş. O, 2006-cı ildə təslim olur.

 

2008-ci ildə isə prokurorluqla mübahisəli bir “ittihamı etiraf etmə razılaşması” imzalayır. BBC xəbər verir ki, o, azyaşlıları fahişəliyə cəlb etməkdə günahını etiraf edərək, əleyhinə bir çox sübutların olmağına baxmayaraq, cəmi 18 ay həbs cəzası alır. Cəzanın maraqlı tərəfi də o idi ki, Epşteynə həbsdə olduğu müddətdə həftədə 6 gün, gündə 12 saat ofisinə işə getmək icazəsi verilir. Belə olduqda da bir çox qurban artıq danışmağa cəsarət etmir, susur. Media və hüquq müdafiəçiləri bu işi yenidən gündəmə gətirməyə cəhd edir, amma təəssüf ki, gücləri çatmır. Bu hadisə cəmiyyətə bir daha göstərir ki, yüksək status və əlaqələr ədaləti susdura, cinayətləri isə görünməz edə bilir.

 

Daha sonra 2009-cu ildə 21 yaşlı meksikalı Qabriela adlı model şəhərin görkəmli otellərindən birinin qabağında qışqıraraq psixoloji sarsıntı keçirir. O, ağlayaraq “içəridə insan əti yeyirlər, kömək edin, mən bilmirdim, xilas edin” deyərək qışqırmağa başlayıb. Ətrafdan qızı kameralara çəksələr də heç kim yaxınlaşmır. Dəli adlandırılaraq o gecə polis tərəfindən aparılan modeldən bir daha səs-soraq çıxmayıb.

 

Nəhayət, 2019-cu ilin iyul ayında Epşteyn federal səviyyədə yenidən həbs edilir. Ona azyaşlıların cinsi alveri və şəbəkə yaratmaq ittihamları irəli sürülür. Avqust ayında Nyu-York həbsxanasında ölü tapılır. Rəsmi məlumatlara görə o, intihar edib. Lakin həmin gün kamera nasazlıqları, nəzarət boşluqları kimi bir çox faktlar ictimai şübhələri artırır. Onun ölümü müəmmalı olaraq qalır.

 

2020-2023 illərdə Epşteynin köməkçisi Maksvel mühakimə olunur və 20 il həbs cəzası alır. Bu, Epşteynin şəbəkəsinin real olduğunu hüquqi olaraq təsdiqləyən əsas mərhələ sayılır. Epşteynin nüfuzlu insanlarla əlaqələri “kəşfiyyat əməliyyatı” şübhələrini də artırdı. Çünki Maksvelin atası israilli “Mossad” kəşfiyyatçısı idi. Əlbəttə ki, bu, sadəcə öz təsdiqini tapmamış bir iddiadır. 2024–2026-cı illərdə məhkəmə qərarları ilə minlərlə səhifə sənəd ictimaiyyətə açıqlanır. Uçuş siyahıları, videolar, şəkillər, yazışmalar, şahid ifadələri yayımlanır.

 

Hər kəsi tək bir sual maraqlandırır: o adada nələr yaşandı?

 

Epşteyn adını daşıyan adanı azyaşlı qızların cinsi istismarı və insan alveri üçün bir “mərkəz” kimi istifadə etdiyi bildirilir. İddialara görə, qızlar adaya şəxsi təyyarə və helikopterlərlə gətirilir, pasportları əllərindən alınaraq əsir saxlanılırdı. Şahidlərdən birinin dediyinə görə, 15 yaşında olarkən adadan üzərək qaçmağa çalışıb. Lakin Epşteynin silahla onu hədələyərək otağa kilidlədiyini ifadə edib.

 

Adada dünyanın bir çox tanınmış siyasətçilərinin, ölkə başçılarının, iş adamlarının və ekranlarda sevərək izlədiyimiz məşhurların qonaq olduğu, bəzilərinin bu cinayətlərdə birbaşa iştirak etdiyi, bəzilərinin isə onlara şahidlik etdiyi iddia olunur. Qonaqlara burada azyaşlı uşaqlar təklif olunur. O pedofillər də uşaqlara qarşı hər cür alçaq fantaziyalarını həyata keçirirlər. Bu cinayətlər cinsi istismardan tutmuş insan əti yemək, qanını içmək, azyaşlılara hər cür işgəncə etmək, körpələri parçalamaq, orqanlarını çıxartmaq, hətta bağırsaqlardakı tullantıları yemək kimi bir çox yaza bilmədiyim iyrəncliklərlə doludur.

 

Epşteyn adasında yaşanan azyaşlıların cinsi istismarının səbəbi təkcə pedofiliya deyil. Vacib məqsəd “BAAL”a sitayiş, onun tələblərini yerinə yetirməkdir. Baal Əhdi-ətiqə görə, Cəhənnəmin ilk və ən baş kralı olaraq qəbul edilən, hətta Qərbi idarə edən xristian bir iblisdir. Sözügedən uşaq istismarı, cinayətlər, körpələrə işgəncə vermək – bunların hamısı Baala sitayiş üçündür. Çünki bağlılıqlarını bağışlanmaz günahlarla bildirməlidirlər. Baala sitayişin məqsədi Hz. İsa və Hz. Mehdinin dünyaya təkrar gəlişini sürətləndirməkdir. Onların inancına görə, bu şəriətin üzvləri qiyamət günü kainat yox olduqdan sonra Baal ilə birgə Cəhənnəmdə qalacaqlar. Qısası, cahillikdir.

 

Əslində, nə cahillik, nə pedofiliya, nə də başqa bir şey nəticəni dəyişmir. Olan azyaşlılara, körpələrə olub. Bunun tək adı var, vəhşilik! İnsan əti yeyib, qanını içmək nə deməkdir? Bu, vəhşilikdən də betərdir. Bəlkə, vəhşilik adlandırmaq bu hadisələri yumşaldır, amma buna başqa ad tapa bilmirəm. Bu haqda ilk dəfə oxuyub, araşdıranda dəhşətə gəldim. Biz necə bir dünyada yaşayırıq? Ucqar bölgələrdə yaşayanlar üçün Qərb ölkələrini görmək bir xəyaldır. Xəyallarımızı bəzəyən ölkələrdə azyaşlılar bunları yaşayırsa, orada mədəniyyətdən, azadlıqdan söz gedə bilməz.

 

İndi bütün valideynləri bir sual boğur və bu sual təkcə narahatlıq yox, eyni zamanda qorxu da yaradır. Övladlarını bundan sonra kimə etibar edəcəklər? Cəmiyyətin hörmətli, təhlükəsiz və nümunəvi saydığı simaların arxasından bu qədər çirkab çıxarkən etibar anlayışı tamamilə sarsılır. İnsan artıq qapını kimin üzünə açacağını, uşağını kimin yanına buraxacağını, kimə əmanət edə biləcəyini bilmir.

 

Bu qədər zəhərlənmiş bir dünyada sağlam bir gələcək qurmaq valideynlər üçün getdikcə mümkünsüz bir mübarizəyə çevrilir. Çünki təhlükə artıq qaranlıq küçələrdə yox, bəzən parlaq salonlarda, nüfuzlu insanların kölgəsində gizlənir. Ən ağır sual isə budur: övladları necə qorumaq olar? Qadağalarla, qorxutmaqla, yoxsa gözlərini heç vaxt yummamaqla? Valideynlər bu gün təkcə övlad böyütmür, onlar eyni zamanda görünməyən təhlükələrə qarşı səssiz, fasiləsiz bir müharibə aparırlar. Və bu müharibədə ən böyük silah diqqət, maarifləndirmə və həqiqəti görməkdən qorxmamaqdır.

 

Epşteyn sənədləri açıldıqca təkcə adlar yox, illərlə qurulan yalan sistemlər də çılpaq şəkildə üzə çıxır. Hər yeni fakt gücün və nüfuzun arxasında gizlənən həqiqəti bir az da ifşa edir. Adı hallananların bir qismi özlərini xəbərsiz, qurban və ya səhv başa düşülmüş kimi təqdim etməyə çalışır, digərləri isə məsuliyyəti başqalarının üzərinə atır. Qısası, hər kəs batmaqda olan gəmidən ilk tullanan olmaq istəyir.

 

Amma onların ən böyük yanlışı elə burada, susmağın əbədi olacağına inanmaqdadır. Tarix dəfələrlə sübut edib ki, pulla örtülən həqiqət, hədə-qorxu ilə boğulan səs və güclə gizlədilən cinayət gec-tez gün üzünə çıxır. Vaxt keçə bilər, sənədlər gec açıla bilər, ədalət ləngiyə bilər, amma yox olmaz. Çünki həqiqət səbirlidir. O, səssizcə gözləyir və ən zəif anda qapını döyür. O qapı açıldıqda isə nə ad, nə qazanılan uğur, nə də şöhrət insanı xilas edə bilir.

 

Afaq Azər