“Məktəblərdə dərs saatını məktəb direktorunun bölməsi düzgün deyil, müvafiq komitə yaradılmalıdır və rəhbərliyin nümayəndələrindən biri, müəllimlər, valideynlər həmin komitəyə qoşulmalıdırlar” – EDU.ARİS.GE ilə söhbəti zamanı təhsil üzrə məsləhətçi, ictimai məktəbdə tarix və vətəndaş təhsili fənləri üzrə müəllim Şalva Mindadze bildirib.

 

Mütəxəssis qeyd edib ki, kökündən dəyişdiriləcək qanun yaradılmalıdır, məktəb həmin qanuna əsaslanmalıdır, əgər belə qanun yoxdursa mütləq yaradılmalıdır, daxili nizamnamədə qeyd edilməlidir, məktəbin buna tam hüququ çatır.

 

“Direktor tərəfindən hər hansı birmənalı müdaxilə diskriminasiya olaraq qəbul olunacaq. Ancaq təcrübədə elə məktəblər olub ki, daxili nizamnamə yazılıb, əgər problem həll olunmursa, dərs saatı bölünmürsə, o zaman direktor bu prosesə müdaxilə edir. Ancaq bu özbaşına qəbul edilmiş qanundur və ümumtəhsil qanununda, direktorlar məcəlləsində belə qayda yoxdur.

 

Qanunda ümumiyyətlə direktora dərs bölmək hüququ verilmir – nə müsbət (təsdiqləndiyi halda) nə də mənfi.

 

Ümumtəhsil haqqında qanun (maddə 1-2, 24-26) ümumi idarəetmə prinsiplərini, avtorizasiya, sistemli tənzimləmələri əhatə edir. Ancaq direktora əməkhaqqı vermək, dərs saatını bölmək kimi xüsusi səlahiyyət vermir. Direktorun əmək münasibətləri qaydası, yaxud nizam-intizam kimi səlahiyyətlərinin bir hissəsi şəffafdır (məsələn, nizam-intizam ölçüləri götürmək), amma dərs saatının bölünməsi ilə bağlı qanunda normativ qeyd yoxdur.

 

Məktəblərdə direktorun dərs saatı bölmək təcrübəsi əksər hallarda əsassız, statusa əsaslanan və auditoriyaya xəbərdarlıq edilmədən olur. Pedaqoqların bir qisminin tövsiyəsi də belədir ki, saatların bölünməsi nizamnamə ilə olmalıdır. Məsələn, direktorun şəxsi baxışlarına əsaslanaraq deyil, katedra səviyyəsində, yaxud Qəyyumlar Şurasının iştirakı ilə olmalıdır.

 

Qanun direktora dərs saatının bölünməsini həyata keçirmək üçün hüquqi və əsaslandırılmış səlahiyyət vermir. Müvafiq olaraq, təcrübədə bu səlahiyyətin olması yalnız milli normativ aktlarda fəaliyyətlə bağlıdır. Əgər müəllimlər ədalətli, şəffaf və qərar verilmiş saatların bölünməsini istəyirlərsə, həmin məktəbin daxili idarəetmə nizamnamələrinin, yaxud Qəyyumlar Şurasının/Pedaqoji Şuranın müvafiq qərarlarının qoşulmasının əsası qoyulmalıdır”,  – deyə Şalva Mindadze bildirib.

 

Şalva Mindadze dərs saatının bölünməsi ilə əlaqədar Gürcüstan məktəblərindəki problemləri bəndlərə bölür və onların həlli yollarını başqa ölkələrin misalında təqdim edir:

 

Gürcüstanda dərs saatının bölünməsi böhranı və Avropa təcrübəsi fonunda çıxış yolu:

 

Gürcüstanda problem:

 

Bu gün Gürcüstan məktəblərində dərs saatının bölünməsi ən ağrılı mövzulardan biri kimi qalır.

 

• Minimum və maksimum yük haqqında yazılmış norma yoxdur;

• Qərarlar çox vaxt pərdə arxasında verilir;

• Yeni addım atan müəllimlə müqayisədə təcrübəli pedaqoqa üstünlük verilir;

• Əlavə əmək (inklüziv qrup, çoxparalellik) qiymətləndirilmir;

• Əsas meyar bəzən peşəkarlıq deyil, “kim kimlə yaxşıdır” məsələsi olur.

 

Bu, Gürcüstanda dərs saatının bölünməsinin tez-tez mübahisə, rəqabət və gərginlik mənbəyinə çevrilməsinə səbəb olur.

 

Avropada dərs saatı necə bölünür?

 

Böyük Britaniya:

İldə 1265 dərs saatı (195 gün).

Hazırlıq və qiymətləndirmə 10 % “PPA time” üçün toxunulmazdır.

Məktəbdə saatları bölən və müəllimlərə şərh vermək hüququ verən saat bölgüsü komitəsi var.

 

Fransa:

Qanun səviyyəsində: həftədə 18 saat (sertifikatlı), 15 saat (“agrégé” – başlanğıc/ən azı 3 ilə qədər).

Norma birdir, buna görə də saatlara görə mübahisə yoxdur.

 

Almaniya:

Həftədə orta hesabla 25-27 dərs.

Əlavə iş (“Mehrarbeit”) ödənir.

Bəzi bölgələrdə bal cədvəli qüvvədədir – çətin fənlər (fizika, riyaziyyat) ikiqat bal və saat hesab edilir.

 

Finlandiya:

Həftədə 16-24 saat, qalan vaxt – hazırlıq və əməkdaşlıq üçün. Əlavə saatlar ümumi razılıqla, açıq meyarlarla bölünür.

 

Estoniya:

Həftədə 35 saat, buradan 18-24 saat tədris saatıdır.

Qalan vaxt müqavilə əsasında müəyyən edilir: hazırlıq, qiymətləndirmə, digər öhdəliklər.

 

Niderland:

İldə 1659 saat, maksimum 930 saat dərs tədris saatıdır.

Məktəb “müəllimin iş planı”nı hazırlayır və bunu direktor, həmkarlar ittifaqı təsdiq edir.

 

İspaniya:

İlkin mərhələdə: həftədə 25 dərs.

Orta: 18-21 dərs.

Saatların bölünməsi sıra prinsipi ilə olur: Tam qrafiklə işləyənlər – ilk sırada.

 

Təcrübə bizə nə öyrədir?

• Hər yerdə minimum və maksimum norma mövcuddur;

• Hazırlıq üçün ayrılmış vaxt nəzərə alınır;

• Qərar yazılı sənədlərə və meyarlara əsaslanır;

• Əlavə iş yükü ya ödənilir, ya da kompensasiya olunur;

• Müəllim prosesə qoşulur.

 

Gürcüstanda nə edilməlidir?

 

1. Normaların müəyyən edilməsi:

Qanun səviyyəsində minimum və maksimum saatlar yazılmalıdır (məs: 10-15 tam dərs üçün).

 

2. Baza üzrə bölgü:

Bütün müəllimlər bərabər başlanğıc dərs yükü götürməlidir.

 

3. Artıq dərs saatının bölüşdürülmə meyarları:

Hər bir müəllimə baza dərs yükü təyin olunur (məsələn, 10 saat); artıq qalan saatlar (“qalıq”) bal sistemi əsasında bölüşdürülməlidir.

 

10+ dərs saatının meyarları (əlavə):

 

1. İmtahan sinfi (+2 saat):

Milli imtahanlara hazırlıq məqsədilə X–XI–XII siniflərdə dərs deyən müəllim.

Bu əlavə saatlar müəllimin yüksək məsuliyyət və stress şəraitində gördüyü işin kompensasiyası məqsədilə verilir.

 

2. İnklüziv sinif (+1 saat):

Əgər müəllimin sinfində xüsusi təhsilə ehtiyacı olan şagird varsa.

Bu daha çox zaman və resurs tələb edir, buna görə əlavə saat ədalətli hesab olunur.

 

3. Çətin dərs cədvəli (+1 saat):

Dərsin uyğun olmayan vaxtda keçirilməsi (məsələn, axşam saatlarında və ya günorta vaxtı fasiləli qrafiklə).

Əlavə iş şərtlərinin çətinliyinə görə kompensasiyadır.

 

4. Tanınmış pedaqoq (+1 saat):

Daxili sorğular və qiymətləndirmələr əsasında seçilən müəllim – həmkarlar və ya şagirdlər tərəfindən peşəkarlığı ilə fərqlənən şəxs.

Əlavə saat – motivasiya və peşəkar nüfuzun tanınmasıdır.

 

5. Məktəb idarəçiliyi və PR fəaliyyətinə qoşulmuş müəllim (+1 saat):

Məktəbin idarəetmə işlərində, tədbirlərində, kommunikasiya və layihələrində aktiv iştirak edən müəllim.

Əlavə saat həmin əlavə məsuliyyətin tanınmasıdır.

 

10− dərs saatının meyarları (azalma):

 

1. Ötən il yüksək dərs yükü olan müəllim (–1 saat):

Əgər müəllimin ötən ildə çox ağır dərs yükü olubsa və ya çətin siniflər və ya bir neçə paralel siniflə məşğul olubsa yeni tədris ili üçün dərs saatı azaldılır.

Bu rotasiya və ədalətli bölgü məqsədilə həyata keçirilir.

 

Nəticə:

1. Bu modelin məqsədi qalıq saatların (məsələn, 3-5 saat) obyektiv və şəffaf qaydada bölünməsidir. Hamının əsas 10/15 saatı var (Dərs cədvəlinin saatların bərabər bölünməsinə imkan verdiyi həddə qədər).

 

2. Qalanları ballara əsasən bölünür: kimin daha çox məsuliyyəti, daha çox çətinliyi və iştirakı varsa, o, əlavə saat götürür.

 

3. Kimin ötən il qrafiki daha yüklü olubsa saatı azaldılır.

 

4. Rotasiya – prestijli və ya çətin siniflər hər 2-3 ildə bir dəfə dəyişdirilir.

 

5. Şəffaf proses – bölünmədən əvvəlki versiya müəllimlər otağında yayılmalıdır, müəllimin şərh bildirmək hüququ olmalıdır.

 

6. Əlavə yük üçün ödəmə – daha çox paralel sinif, çətin ya ikinci növbənin qrafiki müəllimin əməkhaqqına, yaxud başqa güzəştinə təsir göstərməlidir.

 

7. Saat bölgüsü edən komitə – hər məktəbdə xüsusi komitə yaradılmalıdır. Komitədə rəhbərlik, katedra, Müəllimlər Şurasının nümayəndələri olacaq. Komitə işləyəcək və daxili nizam-intizamı təsdiq edəcək. Nizam-intizam qaydasında obyektiv meyarlar (veteranlıq, inklüziv təcrübə, imtahan sinifləri və s.) yazılacaq. Artıq meyarlar əsasında saatların bölgüsü olmayacaq, “kim kimlə dostluq edir” qaydası ilə deyil, obyektiv qayda ilə.

 

8. Mədəniyyətin dəyişdirilməsi – prinsip tətbiq olunmalıdır: “Daha çox saat ≠ daha çox prestij”.

Əsas kəmiyyət deyil, keyfiyyətdir.

 

9. Həmkarlar İttifaqının qoşulması – Müəllimlərin Həmkarlar İttifaqı qaydalara riayət etməyin və ədalətli qərar qəbul etməyin zəmanəti olmalıdır (belə hal olarsa).

 

10. Məktəbdə qayda tətbiq olunmalıdır, ilin ən yaxşı 5 müəllimi – meyarlar və jüri olmalıdır. Məktəb ictimaiyyəti də qoşulur. 5 müəllimin hamısına (+3/+4 saat) verilir.

 

Yekun nəticə:

 

Gürcüstan məktəblərində dərs saatının bölgüsü yalnız texniki deyil, həm də dərin mədəni problemdir.

 

Çıxış yolu:

• Qanunla müəyyən edilmiş normalar;

• Şəffaf proses;

• Rotasiya və kompensasiya;

• Saat bölgüsü üzrə komitənin yaradılması və daxili nizam-intizama əsasən meyarların yazılması;

• Müəllimlərin iştirakı.

Belə sistemlə məktəbdaxili mübahisələr əvəzinə ədalət və müəllimlərin vaxtını, enerjisini şagirdlərin təhsilinə xərcləməsi yaranacaq.

 

Mənbə: edu.aris.ge

Gürcü dilindən tərcümə etdi Aynurə ƏLİYEVA